newsPhoto

Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə  edilən  bütün növ müraciətlərin qəbulunu yerində  və  operativ  şəkildə həyata keçirmək üçün mütəmadi olaraq regionlarda səyyar xidmətlər təşkil olunur.

Səyyar xidmətin təşkilində məqsəd ucqar kənd və qəsəbələrdə yaşayan həssas kateqoriyadan olan vətəndaşlar üçün müraciətlərin əlçatanlığını təmin etməkdir.

Bu istiqamətdə növbəti səyyar xidmətlər Lənkəran, Masallı, Göyçay rayonu Şəkər kəndində və Şamaxı rayonunun Mədrəsə qəsəbəsində təşkil olunub. Səyyar xidmətlərin imkanlarından 24 nəfər istifadə edib. Müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, müvafiq yaşama icazəsi vəsiqələri təqdim edilib. Bundan başqa, şəxslərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı və olduğu yer üzrə qeydiyyata alınmaya dair arayış təqdim olunub. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur