newsPhoto

“Diplomatiya Məktəbi” layihəsi başa çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılğı ilə həyata keçirilən “Diplomatiya Məktəbi” layihəsi başa çatıb.

Təlim müddətində iştirakçılara "Müasir trendlər", "Diplomatiyanın aktuallığı", “Beynəlxalq münasibətlərin inkişafı” mövzularında təlimlər keçirilib. Layihənin son təlimi siyasi elmlər üzrə fəlsəfə doktoru Aygün İsmayılovanın təqdimatında "Beynəlxalq münasibətlər faktorları və Diplomatiyanın inkişafı" mövzusuna həsr olunub.

Təlim bitdikdən sonra layihənin tərəfdaşlarından biri olan “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Arzu Məmmədova və layihə rəhbəri Adil Şükürov çıxış edərək iştirakçılara uğurlar diləyiblər.

Sonda layihəni uğurla başa vuran gənclər sertfikatlarla təltif edilib.  

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biri olaraq həyata keçirilib.

Bütün iştirakçılara uğurlar arzu edirik! 

#AzGF #GenclerFondu #DMX #MKİB #diplomatiyaməktəbi


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur