Regional miqrasiya idarələri tərəfindən maarifləndirmə tədbirləri və qanvermə aksiyası təşkil olunub
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində Şəki regional miqrasiya idarəsi tərəfindən Zaqatalada, Yevlax regional miqrasiya idarəsi tərəfindən Tərtər şəhərində maarifləndirmə tədbirləri keçirilib.
Görüşlərdə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, göstərilən xidmətlər, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə ətraflı məlumat verilib.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda Şəki regional miqrasiya idarəsi tərəfindən qanvermə aksiyası keçirilib. Regional idarə əməkdaşlarının iştirak etdiyi aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Mərkəzi Qan Bankının Şəki bölməsində təşkil olunub.