newsPhoto

DMX yanında İctimai Şura Novruz bayramı münasibətilə tədbir keçirib

İctimai Şuranın nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə işçi qrupu Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələr üçün “Novruz atributları, bayram ənənələri və keçirilmə qaydaları” mövzusunda tədbir keçirib.

Qarşılıqlı dialoq formatında keçirilən görüşdə əcnəbi tələbələrə Novruz atributları, daşıdıqları rəmzi mənalar, bu bayramın adət-ənənələri və yaranma səbəbləri barədə ətraflı məlumat verilib. Azərbaycanın milli kişi və qadın geyimləri nümayiş olunub.

İnteraktiv formatda keçirilən tədbirin ikinci hissəsində tələbələr arasında Azərbaycan və Novruz Bayram ilə bağlı sualları əhatə edən intellektual oyun keçirilib. Qalib tələbələrə hədiyyələr verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur