newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində ölkəmizdə yaşayan miqrantların ölkəmizin miqrasiya idarəçiliyinə daha aktiv cəlb edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qəbul edilmiş qərarların əcnəbilərin gündəlik həyatına təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış Miqrant Şurasının növbəti iclası keçirilib.

Görüşdə Şuranın yaradılmasının ölkəmizdə yaşayan miqrantların cəmiyyətimizə sosial inteqrasiyasının təmin edilməsi, həmçinin miqrantlarla əməkdaşlığın gücləndirilməsi işindəki əhəmiyyəti vurğulanıb.

Tədbirdə Azərbaycanda olan miqrantların üzləşdiyi problemlərlə bağlı məsləhətləşmələr və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur