Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və kollektivi “Heydər Əliyev ili” çərçivəsində Yevlax şəhərində təşkil olunan tədbirlərdə iştirak edib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusunda tədbirdə iştirak edib.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlər xiyabanı da ziyarət edilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.
Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki “KOB Evi”ndə davam etdirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb. Sonra “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı videoçarx nümayiş etdirilib, iştirakçıların çıxışları dinlənilib.
Sonra Dövlət Miqrasiya Xidmətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi ağacəkmə aksiyasında Xidmətin kollektivi, tədbir iştirakçıları - Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları - Ağalar Vəliyev, İlham Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, YAP Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov və digər rəsmi şəxslərlə birgə ümumilikdə 550 ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb
Video icmal