newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi gənc diplomatlarla görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ADA Universitetində gənc diplomatlarla görüşüb.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramı” çərçivəsində olan görüşdə Xidmət rəisi “Azərbaycan Respublikasının miqrasiya siyasəti” mövzusunda çıxış edib.

Vüsal Hüseynov Azərbaycan Respublikasında miqrasiya siyasətinin strateji məqsədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması və yaşaması, əmək fəaliyyəti ilə bağlı mövcud çərçivələr, ölkəmizin iqtisadi inkişafında miqrasiyanın rolu, tənzimlənməyən miqrasiyaya qarşı aparılan mübarizə, miqrasiya xidmətlərinin elektronlaşdırılması üçün görülən tədbirlər, eləcə də miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq və s. mövzularda ətraflı məlumat verib.

Sonda gənc diplomatları maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur