Dövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində ənənəvi qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasında Xidmətin 70-ə yaxın əməkdaşı iştirak edib.
Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə keçirilən aksiya - Xidmətlə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Video icmal:
https://www.youtube.com/watch?v=ZBN9kiBdA74&t=8s