newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qəbul qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulu təşkil olunub.

Qəbul Xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən həyata keçirilib.

Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb.

Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.

Qəbul prosesində həmçinin ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin qalibi Camal Nağıyev də iştirak edib. Belə ki, müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur