Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində keçirilən növbəti iclasda İctimai Şuranın 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair məsələlər, DMX ilə əməkdaşlıq perspektivləri, il ərzində birgə həyata keçirilən layihələr, qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ötən dövrdə Xidmətin yerli və beynəlxalq tərəfdaşlar, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin gücləndirildiyini bildirib, vətəndaş məmnunluğunun reallaşdırılması işində İctimai Şuranın səmərəli fəaliyyətini diqqətə çatdırıb.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov göstərilən dəstəyə görə minnətdarlığını bildirib, Şuranın il ərzində fəaliyyətinə dair hesabatı və  İctimai Şuranın tərkibində fəaliyyət göstərən İşçi Qrupları barədə məlumatları təqdim edib.

Daha sonra İctimai Şuranın 2023-cü ilin birinci yarımilinin  fəaliyyət istiqamətləri və birgə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti