Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
Dövlət Miqrasiya Xidmətində keçirilən növbəti iclasda İctimai Şuranın 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair məsələlər, DMX ilə əməkdaşlıq perspektivləri, il ərzində birgə həyata keçirilən layihələr, qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ötən dövrdə Xidmətin yerli və beynəlxalq tərəfdaşlar, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin gücləndirildiyini bildirib, vətəndaş məmnunluğunun reallaşdırılması işində İctimai Şuranın səmərəli fəaliyyətini diqqətə çatdırıb.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov göstərilən dəstəyə görə minnətdarlığını bildirib, Şuranın il ərzində fəaliyyətinə dair hesabatı və İctimai Şuranın tərkibində fəaliyyət göstərən İşçi Qrupları barədə məlumatları təqdim edib.
Daha sonra İctimai Şuranın 2023-cü ilin birinci yarımilinin fəaliyyət istiqamətləri və birgə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.