Elektron Readmissiya İşlərinin İdarə edilməsi Sistemi ilə bağlı növbəti təlim keçirilib
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Miqrasiya məlumatlarının əsasları və Elektron Readmissiya İşlərinin İdarə edilməsi Sistemi (e-RCMS)” mövzusunda təlim keçirilib.
Miqrasiya üzrə Regional Təlim Mərkəzində baş tutan tədbirdə aidiyyəti dövlət orqanlarının əməkdaşları və miqrasiya sahəsinə marağı olan gənclər iştirakı edib.
Təlimdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları beynəlxalq miqrasiya statistikası üçün məlumat mənbələri, miqrasiya məlumatları və statistikasının miqrasiya idarəçiliyində rolu, miqrasiya məlumatlarına tələb, Azərbaycanda miqrasiya üzrə statistik məlumatların idarə edilməsi və miqrasiya statistikası ilə əlaqədar eRCMS-in funksiyaları mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.