Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
Tədbirdə İctimai Şuranın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına nəzər salınıb. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci il ərzində DMX tərəfindən həyata keçirilmiş fəaliyyətlər, sənədsiz vəziyyətdə yaşayan şəxslərin statuslarının leqallaşdırılması, DMX tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin və sayının artırılması, eyni zamanda beynəlxalq tərəfdaşlarla birgə əməkdaşlığın inkişafı sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Daha sonra DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Şuranın 2021-ci il üzrə fəaliyyəti, İctimai Şuranın tərkibində fəaliyyət göstərən İşçi Qrupları barədə məlumatları təqdim edib. Eyni zamanda, DMX yanında İctimai Şuranın 2022-ci il üzrə əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və DMX ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda İctimai Şuranın sədri Azər Allahverənov Xidmətlə əməkdaşlığı yüksək dəyərləndirərək, DMX tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.