newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilib

Seçki gününə 10 gün qalanadək Dövlət Miqrasiya Xidmətində bərabər əsaslarla Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri kimi qeydiyyatdan keçmiş 112 seçicidən 87 nəfəri  səsvermədə iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılıb. Səslər Komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Şuranın 9 üzvdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulsa da, səsvermənin nəticəsinə görə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə, 13 namizəddən 7-si Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv seçilib. Boş qalan 2 yer üçün təkrar seçki keçiriləcək.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur