newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

İclasda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, miqrasiya sahəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin tam şəffaflaşdırılması və vətəndaş məmnunluğuna nail olunması üçün həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. Bildirib ki, respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması, qanunsuz miqrasiyaya qarşı mübarizə, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Xidmətin keyfiyyətinin artırılmasında ictimai nəzarətin əhəmiyyətini vurğulayan Xidmət rəisi İctimai Şura ilə səmərəli əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. DMX-nin əsas prioriteti kimi müraciət edənlərin məmnunluğunun təmin edilməsinə, operativlik, şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılmasına İctimai Şuranın bundan sonra da öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Sonra Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri öz fikir və təkliflərini bildiriblər.

Şura tərəfindən respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış təkliflər  geniş müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur