Dövlət Miqrasiya Xidmətində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Abdullah Mohamed Almauidi ilə görüşüb.
Səfiri yeni təyinatı münasibəti ilə təbrik edən Xidmət rəisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb, ölkələrimiz arasında beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı diqqətə çatdırıb. İki ölkənin miqrasiya sahəsində əlaqələrinin, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti, Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində birgə fəaliyyətlərin həyata keçirilməsinin mümkünlüyü vurğulanıb.
Səmimi qəbula görə təşəkkür edən A. Almauidi iki dövlət arasında miqrasiya sahəsində әlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.