Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində bayram süfrəsi təşkil olunub
Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilmiş əcnəbilər üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram süfrəsi açılıb. Xidmətin məsul əməkdaşları tədbir iştirakçılarını ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilən hər iki bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, dünyada tolerant və multikultural ölkə kimi tanınan Azərbaycanda miqrantların hüquq və azadlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
Görüş iştirakçıları tədbirin təşkilinə, Mərkəzdə onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.