newsPhoto

Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr Azərbaycan xalqının xilaskarı Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən dahi öndərin regionlarda ucaldılan abidələri ziyarət olunub, Ulu öndərə hörmət və ehtiram ifadə olunub.

Müasir və qüdrətli Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskarı,  dünya miqyaslı siyasətçi Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur