newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin noyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən cari ilin noyabr ayı ərzində 7107 zəng cavablandırılıb. Onlardan 6096-ı Azərbaycan dilində, 898-i rus dilində, 113-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2050-i müvəqqəti yaşama icazəsi, 140-ı müvəqqəti olma müddətinin uzadılması, 455-i vətəndaşlıq məsələləri, 553-ü olduğu yer üzrə qeydiyyat, 380-i daimi yaşama icazəsi, 286-ı iş icazəsi, 3243-ü isə digər məsələlərlə bağlı olub.