newsPhoto

“Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsinin yekun tədbiri keçirilib

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsinin yekun tədbiri keçirilib.

Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, hüquq müdafiəçilərinin və hüquqşünasların iştirak etdiyi tədbirdə layihə çərçivəsində əldə olunan nəticələrə nəzər salan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının aktual aspektləri barədə məlumat verib.

İnteraktiv şəraitdə keçən tədbirdə çıxış edənlər multikultural dəyərlərə sadiq olan Azərbaycanda  əcnəbilərin cəmiyyətə hərtərəfli inteqrasiyasının səmərəli təşkili barədə fikirlərini bölüşüblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur