Gəncədə maarifləndirmə tədbiri keçirilib
Gəncə regional miqrasiya idarəsi tərəfindən “Əcnəbi tələbələrin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etmələri və miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulumuş inzibati məsuliyyət” mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları barədə məlumat verilib, həmçinin elektron qeydiyyat proseduru izah olunub.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda səyyar xidmət təşkil olunub. 4 nəfərin sənədləri müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə qəbul olunub, 2 nəfərə müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədi ilə sənəd siyahısı təqdim edilib.