Yevlax və Ağsuda səyyar xidmət təşkil olunub

Yevlax və Ağsu regional miqrasiya idarələri tərəfindən Yevlax şəhərində və Ağsu rayonunda səyyar xidmət təşkil edilib.

Səyyar xidmət zamanı şəxslərdən yaşadıqları ünvanlarda Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciətlər qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur