Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda miqrasiya sahəsində cari vəziyyət, Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın gələcək perspektivləri və 2022-ci  ilin birinci yarımili ərzində planlaşdırılan birgə layihələr, həyata keçiriləcək tədbirlər müzakirə olunub.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən il İctimai Şura üzvləri tərəfindən görülmüş işlər barədə məlumatları təqdim edib.

Görüşün sonunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov DMX yanında İctimai Şuranın sədri Azər Allahverənovu 50 illik yubileyi münasibətilə təbrik edib, qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında səmərəli əlaqələrin qurulmasına yönəlik uğurlu fəaliyyətini,  xüsusilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yaradılmasında və əldə olunan uğurlarda onun rolunu yüksək qiymətləndirib.

Səmimi təbrikə və DMX yanında İctimai Şuranın fəaliyyətinə göstərdiyi dəstəyə görə Xidmət rəisinə təşəkkür edən A.Allahverənov miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına və milli maraqların qorunmasına istiqamətlənmiş fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəyini söyləyib.

Sonda xatirə şəkli çəkilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti