Hacıqabul, Neftçala və İsmayıllıda səyyar xidmət təşkil edilib
Şirvan və Ağsu regional miqrasiya idarələri tərəfindən Hacıqabul, Neftçala və İsmayıllı rayonlarında yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı yaşadıqları ünvanlarda 1 nəfərə müvəqqəti yaşama üçün icazə vəsiqəsi təqdim edilib, 2 nəfərin müvəqqəti yaşama icazəsi almaq üçün müraciəti qəbul edilib, 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərin siyahısı təqdim edilib.