newsPhoto

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliği məqsədilə “Uşaq hüquqları” mövzusuna həsr edilmiş tədbir təşkil olunub.

Tədbir iştirakçılarını salamlayan Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov Uşaq Hüquqlarına dair Konvensiyadan irəli gələn uşaq hüquqları və azadlıqları, bu sahədə ölkə qanunvericiliyinin tələblərini Xidmət əməkdaşlarının diqqətinə çatdırıb, Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri çərçivəsində həssas vəziyyətdə olan uşaqların hüquqlarının müdafiəsinin mümkün mexanizmləri barədə fikirlərini bölüşüb.

Ombudsman aparatı tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində reallaşdırılan tədbirləri diqqətə çatdıran sektor müdiri Turan Cahangirova dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Əcnəbi uşaqlarla bağlı məsələlərin də Ombudsman aparatı tərəfindən hər zaman diqqətdə saxlanıldığını bildirib. Bu istiqamətdə respublikamızda ənənəvi olaraq keçirilən tədbirlərin gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm töhfə olduğunu diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur