newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin oktyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin oktyabr ayı ərzində 7185 zəng daxil olub. Onlardan 6143-ü Azərbaycan dilində, 913-ü rus dilində, 129-u isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2140-ı müvəqqəti yaşama icazəsi, 243-ü müvəqqəti olma müddətinin uzadılması, 609-u vətəndaşlıq məsələləri, 827-si olduğu yer üzrə qeydiyyat, 342-si daimi yaşama icazəsi, 370-i iş icazəsi, 2301-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur