newsPhoto

Regionlarda məlumatlandırma tədbiri və səyyar xidmət keçirilib

Ölkədə qanunsuz əmək fəaliyyətinin qarşısının alınması ilə bağlı Astara rayonu İcra Hakimiyyətində keçirilən tədbirdə Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin alınması vasitəsilə Dövlət Miqrasiya Xidmətinin miqrasiya proseslərini leqallaşdırması fəaliyyəti, elektron xidmətlərimizin tətbiqi barədə ətraflı məlumat verilib. Tədbirdə eyni zamanda, qanunsuz əmək fəaliyyətinin qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

Həmçinin, Lənkəran və Yevlax regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Astara və Zərdab rayonlarında yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.

Səyyar xidmət zamanı şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşama icazəsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədləri qəbul edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur