newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb.

Xidmət rəisi səfiri təyinatı münasibətilə təbrik edərək, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Vüsal Hüseynov Azərbaycanın miqrasiya siyasəti, miqrasiya qanunvericiliyinin müasir tələblərə uyğunlaşdırılması, o cümlədən beynəlxalq əlaqələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Eyni zamanda iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Milan Sedlaçek iki ölkə arasında mövcud münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da inkişafı üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çexiya arasında miqrasiya sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur