newsPhoto

Şəmkirdə və Astarada maarifləndirmə tədbiri keçirilib

 

Şəmkirdə “Qanunsuz miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Rayon icra hakimiyyəti, icra nümayəndəlikləri və bələdiyyələrin, hüquq muhafizə orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə DMX-nın fəaliyyət istiqamətləri, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər, qanunsuz miqrasiyaya qarşı mübarizədə məlumatlandırma tədbirlərinin əhəmiyyəti bu istiqamətdə bütün dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin zəruriliyi diqqətə çatdırılıb.

Növbəti maarifləndirmə tədbiri Astara Pedoqoji Kollecində "Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri. Təhsil hüququnun reallaşması " mövzusuna həsr olunub. Tədbirdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə təhsil alması məsələləri və onların ölkə ərazisində olan zaman hüquq və azadlıqlarının həyata keçirilməsində Dövlət Miqrasiya Xidmətinin rolu barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin Şəmkir rayonunda yaşayan 8 nəfərə səyyar xidmət göstərilib. 2-sinə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 4-nə isə vətəndaşlıq mənsubiyyəti ilə bağlı qərar təqdim olunub. 2 nəfərin miqrasiya məsələləri ilə bağlı sualları miqrasiya qanunvericiliyə uyğun olaraq cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur