newsPhoto

Dövlət Miqrasiya Xidmətində futbol turnirinin qalibləri mükafatlandırılıb

Dövlət Miqrasiya Xidmətində Xidmətin yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən əməkdaşlar arasında başa çatmış futbol turnirinin qalib və mükafatçılarının təltif edilməsi mərasimi keçirilib.

İştirakçıları təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev yarışlarda əsas məqsədin əməkdaşların asudə vaxtını birlikdə səmərəli təşkili, onlar arasında komanda ruhunu gücləndirmək və sağlam həyat tərzinin təbliği olduğunu bildirib.

Daha sonra turnirin baş mükafatı Xidmət rəisinin müavini Elman Əliyev tərəfindən Bakı şəhər regional miqrasiya baş idarəsinin “Bakı RMBİ” komandasına təqdim edilib. Final matçının iştirakçılarına diplomlar verilib.

Qeyd edək ki, DMX-nin Həmkarlar İttifaqı Komitəsinin iştirakı ilə keçirilmiş yarışlarda Xidmətin müxtəlif struktur bölmələrənin komandaları qüvvəsini sınayıb. Turnirin final matçında Bakı şəhər regional miqrasiya baş idarəsinin “Bakı RMBİ” komandası ilə Xidmətin “Veteranlar” kollektivi qarşılaşıb.

Maraqlı anlarla yadda qalan görüşdə “Bakı RMBİ” komandası 4-1 hesabı ilə qalib gələrək turnrin baş mükafatını qazanıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur