Reinteqrasiya İşçi Qrupunun iclası keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin rəhbərliyi ilə Reinteqrasiya üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.
Videoformatda baş tutan iclasda Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Hava Yolları QSC, TƏBİB, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın nümayəndələri iştirak edib.
Görüşdə 2022-ci ilin müvafiq dövrü ərzində ölkəyə readmissiya edilən şəxslərin müvafiq ehtiyaclarının öyrənilərək onlara sosial-iqtisadi dəstəyin verilməsi, vətənşadlarımızın cəmiyyətə səmərəli və dayanıqlı reinteqrasiyasının həyata keçirilməsi məsələləri müzakirə edilib.