Ucar, Astara və Kürdəmirdə səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidmətinin Yevlax, Lənkəran və Ağsu regional  miqrasiya  idarələri tərəfindən xidməti ərazilərə daxil olan Ucarda, Astaranın  Maşxan qəsəbəsində və Kürdəmir rayonunun Cəylı kəndində yaşayan sağlamlıq imkanları məhdud şəxlərə səyyar xidmət göstərilib.

Səyyar xidmət zamanı şəxslərə yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur