newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin iyul ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin iyul ayı ərzində 8185 zəng daxil olub. Onlardan 7350-si Azərbaycan dilində, 728-i rus dilində, 107-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2102-si müvəqqəti yaşama icazəsi, 463-ü müvəqqəti olma müddətinin uzadılması, 848-i vətəndaşlıq məsələləri, 1120-si olduğu yer üzrə qeydiyyat, 342-si daimi yaşama icazəsi, 351-i iş icazəsi, 2959-u isə digər məsələlərlə bağlı olub.