Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 29 iyul saat 15:00-da vətəndaş qəbulu keçirəcək.
İştirak etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı Regional miqrasiya baş idarəsinə yaxınlaşa bilərlər.
Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.