newsPhoto

Astarada maarifləndirmə tədbiri, Yevlaxda isə səyyar xidmət keçirilib

Lənkəran regional miqrasiya idarəsi tərəfindən Astara rayon Gənclər Mərkəzində  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli nümayəndəliyi ilə birgə  turizm sektorunun təmsilçiləri üçün maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə miqrasiya qanunvericiliyinin tələbləri, əcnəbilərin insan alveri qurbanına çevrilmə riskləri, olduğu yer üzrə qeydiyyat qaydaları  və inzibati məsuliyyət barədə məlumat verilib. Həmçinin 919 çağrı mərkəzinin, 3 dildə fəaliyyət göstərən migration.gov.az saytının və MigAz tətbiqinin üstünlükləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Bundan başqa Yevlax regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən sağlamlıq imkanları məhdud Kifayət Əkbərovaya səyyar xidmət göstərilib. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənədləri yaşadığı ünvanda qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur