“Bakı bulvarı” adlı ekskursiya təşkil olunub
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının YARAT Müasir İncəsənət Mərkəzinə və Suraxanı gəmi-muzeyinə ekskursiyası təşkil olunub.
“Bakı bulvarı”adlı ekskursiyanın məqsədi Xidmət əməkdaşlarının və onların ailə üzvlərinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Əməkdaşlar Mərkəzin ekspozisiyasını bəzəyən müasir sənət inciləri, eləcə də tanker-muzeyindəki gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.
DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan gəzinti xoş anlarla yadda qalıb və əməkdaşlar tərəfindən maraqla qarşılanıb.