newsPhoto

Ölkəmizdə müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!

Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunvericilikdə müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Həmin müddət ərzində sürücülük vəsiqəsini dəyişdirməyən şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

ƏSAS: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 may 2022-ci il tarixli qərarı  (https://e-qanun.az/framework/49838)


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur