newsPhoto

Gəncə və Şəki regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən səyyar xidmətlər təşkil olunub

Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Tovuz, Şəmkir, Samux və Göygöl rayonlarında miqrasiya məsələləri ilə bağlı şəxsən müraciət etmək imkanı olmayan, həmçinin həssas qrupa aid olan şəxslərin müraciətlərinə yaşadıqları ünvanlarda baxılıb. 3 nəfərdən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazənin alınması və vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı sənədlər qəbul olunub. 1 nəfərə isə olduğu yer üzrə qeydiyyat barədə arayış təqdim edilib.

Şəki regional miqrasiya idarəsinin əməkdaşları isə Qax və Şəki rayonlarında yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa aid olan şəxslərə səyyar xidmət göstəriblər. Əcnəbilərdən müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müyyən edilməsi ilə bağlı sənədlər və ərizə qəbul edilərək icraata götürülüb. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərə  miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur