Növbəti maarifləndirmə tədbiri Şirvan regional miqrasiya idarəsi tərəfindən keçirilib
Saatlı rayonunda təşkil edilən tədbir “Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvafiq yaşama icazələrinin verilməsi prosedurları və qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusuna həsr olunub. Şirvan regional miqrasiya idarəsinin əməkdaşları Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, elektron xidmətlər, 7 gün 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi barədə məlumat veriblər. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərindən söhbət açılıb, leqallaşdırma qaydaları izah olunub.
Maarifləndirmə tədbiri çərçivəsində 3 ailənin qaçqın statusunun əldə edilməsi ilə bağlı müraciətləri səyyar formada qəbul edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.