newsPhoto

Növbəti maarifləndirmə tədbiri Şamaxı rayonunda keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən təşkil edilən tədbir “2023-cü il üçün Türk dünyasının turizm paytaxtı Şamaxı şəhəri miqrasiya kontekstində” mövzusuna həsr olunub. Əvvəlcə Şamaxının tarixi turistik məkanları, istirahət mərkəzləri və digər görməli yerlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması ilə bağlı müraciət prosedurları, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər izah olunub. Dövlət Miqrasiya Xidmətinin 3 dildə, fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, elektron xidmətlərdən istifadə, daxil olan sualların operativ cavablandırılmasının təmini istiqamətində görülən işlər, eləcə də miqrasiya orqanlarına qulluğa qəbul qaydaları barədə məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur