Dövlət Miqrasiya Xidmətində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə əməkdaşlıq çərçivəsində təlim təşkil edilib
Dövlət Miqrasiya Xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) arasındakı əməkdaşlıq çərçivəsində 20-21 iyun tarixlərdə “Jest dili” mövzusunda təlim keçirilib. Təlimlərdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması işini həyata keçirən əməkdaşlar iştirak ediblər. DOST Agentliyinin DOST Xidmətləri departamentinin mütəxəssisi Aytac Qədirova vətəndaş məmnunluğunun təmin olunması məqsədilə fiziki şəkildə eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin müraciətlərinin qəbulu ilə bağlı əməkdaşlara təqdimat edib.