newsPhoto

“Miqrasiya Məktəbi 4” layihəsinin iştirakçıları növbəti təlimlərdə iştirak ediblər

Beynəlxalq Fasilitatorlar Assosiasiyasının üzvü Fidan Fətəliyeva tərəfindən “Şəxsiyyət tipləri” mövzusunda keçirilən təlimdə şəxsiyyət anlayışının mahiyyəti, onun quruluşu və növləri, əsas şəxsiyyət tiplərindən söhbət açılıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Kazımov isə “İnsan alverinə qarşı mübarizə” mövzusunu tədris edib. İnsan alveri anlayışı, ona qarşı mübarizə yolları, bu sahədə ölkə qanunvericiliyinin tələbləri, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” və miqrantlar da daxil olmaqla, insan alveri qurbanlarının hüquqları barədə məlumat verilib.

Layihə iştirakçıları Lənkəran regional miqrasiya idarəsində də olublar. Onlar regional idarənin fəaliyyəti, gündəlik iş rejimi, eyni zamanda vətəndaşların qəbulu prosesi ilə tanışlıqdan sonra Masallı regional ASAN xidmət mərkəzinə yollanıblar. Səfər çərçivəsində iştirakçılar görməli yerləri də ziyarət ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur