newsPhoto

Dövlət Miqrasiya Xidmətində Mediasiya Şurasının rəhbərliyi ilə görüş keçirilib

Görüş Dövlət Miqrasiya Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə Mediasiya Şurasının rəhbərliyi və üzvləri arasında sektorlararası ictimai iştirakçılığın təmini yolu ilə qarşıda duran məsələlərin müzakirəsi məqsədi daşıyıb. Məlumat verilib ki, Mediasiya Şurasının funksiyalarına əsasən, mübahisənin alternativ həlli üsullarından olan mediasiyanın təşkili “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa əsaslanaraq mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib. Bu qəbildən olan görüşlərin mütəmadi təşkilinin təcrübə mübadiləsinin aparılması üçün əlverişli zəmin yaratdığı diqqətə çatdırılıb.

Görüşdə hər iki tərəfi maraqlandıran mövzularda geniş və qarşılıqlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, müvafiq təkliflər səsləndirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur