newsPhoto

Naftalanda maarifləndirmə tədbiri keçirilib

Gəncə regional miqrasiya idarəsi tərəfindən təşkil olunan tədbir “Əcənəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusuna həsr olunub. Qanunvericilikdə nəzərdə tutulan prosedur qaydalar, olduğu yer üzrə qeydiyyat, iş icazələrinin alınması, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə məlumat verilib.

Naftalan şəhərinin müalicəvi turizm potensialını nəzərə alaraq, xarici qonaqları qəbul edən sahibkarlıq subyektlərinin əcnəbilərin qeydiyyat qaydalarına xüsusilə diqqət yetirmələrinin vacibliyi önə çəkilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur