Xaçmazda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib
“İnsan hüquqları aylığı” çərçivəsində Xaçmaz regional miqrasiya idarəsi tərəfindən Xaçmaz şəhər Tarix Diyarşünaslıq muzeyinin akt zalında icra nümayəndələri, bələdiyyələr və rayonun ictimai aktiv sakinlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə “İnsan Hüquqları Aylığı”nın elan edilməsi tarixi, ölkəmizdə Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, əcnəbilərin də hüquqlarının dövlət tərəfindən müdafiəsi, vətəndaşsızlıq halları və bu halların azaldılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib.
Həmçinin DMX-də innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.