newsPhoto

Dövlət Miqrasiya Xidmətində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Breyn-Rinq” intellektual yarışı keçirilib

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 29-cu ildönümü - Milli Qurtuluş Günü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən  DMX-də “Breyn-Rinq” yarışı təşkil olunub. İntellektual oyunda Xidmətin struktur bölmələri, Regional miqrasiya idarələri, Miqrasiya məktəbi və Miqrasiya könüllüləri təmsil olunublar. Gərgin mübarizə şəraitində keçən oyunda 14  komanda qələbə uğrunda yarışıb. Final mərhələsində Ağsu regional miqrasiya idarəsinin “Şərq” komandası ilə Miqrasiya könüllülərindən ibarət “Persona Qrata” komandası üz-üzə gəlib. Turnirin qalibi “Şərq” komandası olub. Finala yüksələn komandalara ünvanlanan fərdi sualların cavablandırılmasında fəallığı ilə seçilən Miqrasiya könüllüsü Musabəy Babayev turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı ilə birgə təşkil olunan turnirdə qalib və finalçılara fəxri fərman və hədiyyələr təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur