Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura tərəfindən təlim keçirilib
DMX yanında İctimai Şura tərəfindən Dövlət Miqrasiya Xidmətində “Miqrasiya proseslərinin idarə olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu”, “Korrupsiyaya qarşı mübarizə və Etik davranış qaydaları” mövzularında təlim keçirilib.
Təlimdə çıxış edən DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları barədə ətraflı məlumat verib.
Azər Allahverənov İctimai Şuranın Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığını yüksək qiymətləndirib. Bildirib ki, həyata keçirilən yeni layihələrdə İctimai Şuranın təklifləri nəzərə alınmaqla yanaşı, Xidmət əməkdaşlarının bu layihələrdə yaxından iştirakı təmin edilir. Bu da Dövlət Miqrasiya Xidmətinin vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin qurulmasına göstərdiyi diqqətin təzahürüdür. Azər Allahverənov İctimai Şura tərəfindən görülmüş işlər, həyata keçirilmiş və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.