newsPhoto

Qəbələdə turzim sektorunun təmsilçiləri üçün təlim keçirilib

Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qəbələ rayonunda fəaliyyət göstərən otel, hostel və qonaq evlərinin nümayəndələri üçün təlim keçirilib.

Görüşdə olduğu yer üzrə qeydiyyatın aparılması prosedurları, əcnəbilərin inzibati məsuliyyəti, elektron xidmətlər və onların istifadə qaydaları izah olunub. Təlim şifahi məruzələr və əyani təqdimatlar əsasında həyata keçirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur