Ağsu regional miqrasiya idarəsi tərəfindən səyyar xidmət təşkil olunub
Ağsu regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan Qobustanın Xilmilli kəndində və Şamaxının Mədrəsə qəsəbəsində səyyar xidmət keçirilib. Səyyar xidmət zamanı Xilmilli kəndində yaşayan 4 şəxsə, Mədrəsə qəsəbəsindən vətəndaşlıq məsələləri ilə bağlı müraciət etmiş 3 nəfərə cavab məktubu təqdim olunub. Azərbaycan Respublikası vətəndaşlığına qəbul qaydaları geniş izah edilməklə tələb olunan sənəd siyahıları haqqında məlumat verilib. Həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş qaydalar izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.