newsPhoto

“Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda növbəti təlim Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Sığınacaq sistemində yönləndirmə mexanizmləri” mövzusunda keçirilən növbəti təlim Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə reallaşıb.

Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova sərhədçilər və müvafiq hüquq-mühafizə orqanlarının digər nü­ma­yən­də­ləri üçün sərhəddə sığınacaqla bağlı müraciətlərin qəbul edilməsi pro­sedurları ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd sığınacaq məsə­lə­ləri ilə bu və ya digər formada əlaqəsi olan dövlət qulluqçularının bacarıqlarını, bilik və təcrü­bə­lərini daha da inkişaf et­dir­mək­dir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Hüquq şöbəsinin müdiri Octavian Mohorea ötən illər ərzində Azərbaycanda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması sahəsində görülən işlər, bu istiqamətdə DMX ilə əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb, BMT QAK-ın fəaliyyəti barədə danışıb.

Sonra DMX-nin və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları təqdimatlarla çıxış edərək sığınacaq proseduru, o cümlədən sığınacaq axtaran şəxslərin sərhəddə müraciətləri olduğu təqdirdə onların DMX-yə istiqamətləndirilməsi məsələlərinə dair ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur